İcraiyyə Komitəsi Premyer Liqa ilə bağlı qərar verəcək

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Newsport.az-ın məlumatına görə, toplantı “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında gerçəkləşəcək.

Saat 18:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı olacaq. Məhz bu gün növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların sayı müəyyənləşə bilər.

Gündəliyin ikinci məsələsi isə "Digər məsələlər" olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right