Elvin Camalov "Qəbələ"dən ayrıldı - yeni klubu bəllidir

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

Yarımmüdafiəçi paytaxtın "Zirə" klubu ilə anlaşıb. Elvin yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Daha öncə Cavid Hüseynov "Qəbələ"dən "Zirə"yə keçmişdi.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb. Camalov “Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.

“Qəbələ” İdman Klubu Elvin Camalova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right