Balayev növbəti dəfə ən yaxşılar arasında

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 13-cü turu çərçivəsində keçirilmiş “Şaxtyor”la matçda (2:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “Şaxtyor”la görüşdə start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.

“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Bauırjan Turısbek və Ruslan Valiullin seçilib.

Balayev Tobol”un heyətində ötən turda da ən yaxşı 3 futbolçudan biri seçilmişdi.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right