FIFA referisinə beynəlxalq təyinat

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb. Newsport.az saytının məlumatına görə, o, Belarus yollanacaq.

Belə ki, Məmmədov iyunun 21-dən 30-dək paytaxt Minskdə keçiriləcək II Avropa Oyunlarında ədalət təmsilçisi olacaq.

Qeyd edək ki, Minsk-2019 II Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right