Bakıda vurduğu qol Jirunu ilk "üçlüy"ə saldı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Newsport.az saytı xəbər verir ki, cədvəldə ilin ilk beş ayında keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular yer alıb.

Siyahıya Yeni Zelandiya millisinin və “Vellinqton” klubunun oyunçusu Ross Allen başçılıq edir. O, klubda vurduğu 11 qolla hamını qabaqlayır. Qətərli Ali Almoez ("Əl-Duhayl") 10 qolla ikinci sırada qərarlaşır. Almoez bu toplardan yalnız 1-ni millinin heyətində vurub.

"Çelsi"nin fransalı forvardı Olivye Jiru Bakıda keçirilən Avropa Liqasının finalında 1 qol vuraraq, ilk "üçlüy"ə daxil olub. Onun aktivində artıq 9 top var ki, bunun 2-nə Fransa millisində, 7-nə isə Premyer Liqa təmsilçisində imza atıb.

Qeyd edək ki, siyahıya yığmada və qitə kuboklarında ümumilikdə 5 və daha çox qol vuran futbolçular salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right