Əliyevin komandası da Premyer Liqada qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 komanda arasında 14-cü pillədə başa vuran “Ufa” klubu elitada qalmaq uğrunda cavab pley-off matçına çıxıb.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi sözügedən komanda səfərdə 1-ci liqanı 3-cü pillədə başa vurmuş “Tom”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Amma doğma meydandakı ilk oyunda 2 cavabsız qolla qalib gəlmiş “Ufa” elitadakı yerini qoruyub.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right