"Futbolçular Bakıda hədəfimizin qələbə olduğunu başa düşür"

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis İordaniya millisi ilə keçiriləcək yoxlama görüşü barədə fikirlərini bildirib:

 

"İordaniyanı millisi barədə məlumatlı deyiləm. Bir neçə oyunlarının videosunu gördüm. Güclü müdafiəyə sahib olan sərt komandadır. Bu oyunda geniş heyətdəki bütün futbolçular şans qazanacaq. Çünki Azərbaycanla matç bizim üçün çox vacibdir. Komandanı zehni şəkildə hazırlamaq üçün qısa zamanımız qalıb".

 

Çexiyalı baş məşqçi Azərbaycan yığması barədə də danışıb:

 

"Futbolçularımız peşəkardır, Bakıda hədəfimizin zəfər olduğunu başa düşürlər, ancaq qrupumuz balanslı görünür. Bu görüşdə xal itirmək problem ola bilər. Ümidlərin bitəcəyini demirəm, amma çox vacib dueldir. İsti havaya da hazır olmalıyıq. Bakıda havanın temperaturu 31 dərəcədir. Düşünürəm ki, güclü tərəf bizik".

 

Pavel Hapal Azərbaycan millisinin müdafiə xəttini xüsusi fərqləndirib:

 

"Azərbaycan millisinin Xorvatiya ilə görüşünü izləmişik. Rəqibin müdafiəsini yarıb, cərimə meydançasına soxulmaq çətindir. Cinahlardan ötürmələr etməli, və sürətli hücumlar təşkil etməliyik".

 

"Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu iyunun 11-i, saat 20:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right