"Legioner həyatı yaşamaq istəyirdim" - Səlahət Ağayev

"İki ildir "Neftçi"nin şərəfini qoruyuram. Bu, futbolçu karyerası üçün böyük bir vaxtdır. "Neftçi" artıq mənim üçün doğmalaşıb".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin qapıçısı Səlahət Ağayevin klub televiziyasına açıqlamasında deyib. Bu gün "ağ-qaralar"la yeni 2 illik müqavilə imzalayan qolkiper əvvəlcə geridə qalan mövsümdəki çıxışını dəyərləndirib:

"Hər bir oyuna final matçı kimi çıxmışam, canımı qoymuşam. "Neftçi" üçün əlimdən gələni etmişəm. Ola bilər, son oyunlarda səhvlər olsun. Bundan heç kim sığortalanmayıb. Çempion ola bilərdik, son 3-4 turda liderliyi əldən verdik. Bu da futbolda olan bir şeydir".

Azarkeşlərlə aralarında olan problemə toxunan Ağayev onların dəstəyinə ehtiyac duyduqlarını bildirib: "Azarkeşləri başa düşürəm. Çox məyusdurlar. Ancaq biz də onların keçirdiyi hissləri yaşayırıq. Bəzən aramızda xoşagəlməz hadisələr yaşanır. İndi onların dəstəyi bizə çox lazımdır".

Bir neçə təklif aldığını və karyerasını ölkə xaricində davam etdirmək istədiyini söyləyən Ağayev sonda "Neftçi"də qalmağa üstünlük verib: "Bəzi təkliflərim var idi. Xüsusilə də, ölkə xaricindən 1-2 təklif almışdım ki, mənə daha maraqlı gəldi. Legioner həyatı yaşamaq istəyirdim. Menecerlər vasitəsilə danışıqlar oldu. Ancaq müqaviləm bitdikdən sonra öncə "Neftçi" rəhbərliyi ilə görüşdüm. Söhbətdən sonra doğma komandamda qalmağa qərar verdim. Buna görə şadam. Daha iki "Neftçi"də çıxış edəcəyəm. İnanıram ki, yeni müqavilə həm mənim, həm rəhbərlik, həm də azarkeşlər üçün uğurlu olacaq. Çox istərdim ki, yeni mövsümdə yeni hədəflər üçün döyüşə birlikdə çıxaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right