"Zirə" ilə müqavilə imzaladığıma görə şadam" - Cavid Hüseynov

"Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin yeni transferi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Paytaxt təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşən təcrübəli yarımmüdafiəçi təklif olunan şərtlərin onu qane etdiyini bildirib:

"Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, "Zirə" ilə müqavilə imzaladığıma görə şadam".

Qeyd edək ki, Cavid bu gün "Qəbələ" ilə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right