"Qəbələ"dən "Zirə"yə

"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Bu, "Zirə"nin mövsümlərarası fasilədə ikinci rəsmi transferidir. "Qartallar" daha öncə "Sumqayıt"dan Elvin Məmmədovu heyətinə qatıb.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right