Milan Obradoviç: "Lixtenşteyndən daha yaxşıyıq"

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç əsas yığma ilə yoxlama oyunundan (0:3) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis matçın çox vacib olduğunu qeyd edib:

“Hər iki komanda üçün qarşıdakı rəsmi görüşlərə hazırlıq baxımından vacib oyun oldu. Çoxlu futbolçunu meydanda yoxladıq. İndi Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz ilk qrup oyunu haqda düşünürük, sonra isə növbəti oyunlara baxacağıq. Təlim-məşq toplanışının gedişi məni sevindirir. İki həftəyə yaxındı bir yerdəyik, uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar. Əsas milliyə qarşıdakı oyunlarda uğurlar, yetirmələrimə isə bugünkü kimi hər iki hissədə bu cür səylə oynamağı arzulayıram. Əsas milli ilə yoxlama oyunu bizim üçün vacib idi. Çünki bu cür güclü rəqiblərlə yoxlama oyunu keçirmək imkanımız az olur. Futbolçularımın bugünkü oyundan zövq aldıqlarını deyə bilərəm. Onlar üzərlərinə düşən vəzifəni yaxşı dərk edirlər. Əsas tələbimiz taktiki, nizam-intizamla bağlı idi. Oyunda bu yüksək səviyyədə oldu. Futbolçuların meydandakı işindən razıyam və bu, nəticəsini göstərəcək".

41 yaşlı çalışdırıcı AVRO-2021-in seçmə mərhələsində Lixtenşteynə qarşı səfər matçında qələbə üçün çıxacaqlarını deyib:

"Qarşıda Lixtenşteynlə oyunumuz var. Səfərə 3 xal qazanmaq üçün gedəcəyik. Rəqibdən daha yaxşı olduğumuzu düşünürəm. Ancaq bunu meydanda da sübut etməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right