Millimiz U-21-ə qalib gəldi Yenilənib

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan və Slovakiya ilə oyunlarına hazırlaşan milli komandamız yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Nikola Yurçeviçin başçılıq etdiyi komandamız toplanış çərçivəsində U-21 yığmamızla qarşılaşıb. "Dalğa Arena"dakı görüş əsas millinin 3:0 hesablı qələbəsi yekunlaşıb. Qolları Dmitri Nazarov, Ağabala Ramazanov və Araz Abdullayev vurublar.

 

1 iyun


Yoxlama oyunu

Azərbaycan (əsas milli) - Azərbaycan U-21 - 3:0
Qollar:
 D. Nazarov, 62-penalti (1:0), A. Ramazanov, 80-penalti (2:0), A. Abdullayev, 84 (3:0)


Qeyd edək ki, millimiz iyunun 8-də Bakıda Macarıstanı, 4 gün sonra isə Slovakiyanı qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right