“Qarabağ” “Ludoqorets”lə qarşılaşacaq

İyunun 18-i yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” dörd yoxlama oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, bu haqda klubun sosial şəbəkələrdəki rəsmi səhifələri məlumat yayıb. Məlumatda Qurban Qurbanovun qarşılaşacağı komandaların adları da açıqlanıb.

Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Kraiova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” bu il də Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right