"Neftçi" Antalyada aşağı liqa komandası ilə qarşılaşacaq

Avropa Liqasına hazırlığını Antalyada davam etdirəcək "Neftçi"nin yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib. Newsport.az xəbər verir ki, "ağ-qaralar" Türkiyədə Rusiya təmsilçisi "SKA-Xabarovsk"la qarşılaşacaq.

Bu barədə məlumatı Rusiya Milli Liqasında yarışan klub yayıb. Bildirilir ki, iyunun 12-də Türkiyəyə yollanacaq komanda orda 3 yoxlama görüşündə qüvvəsini sınayacaq ki, ilk rəqib "Neftçi" olacaq. Plana əsasən, bu komandalar iyunun 19-da üz-üzə gələcək.

"Neftçi" də Antalyada 3 oyun keçirəcək. "Flaqman"ın rəqibi iyunun 30-da Ukrayna "Vorskla"sı olacaq.

Qeyd edək ki, "SKA-Xabarovsk" I liqa səviyyəsində olan Rusiya Milli Liqasında geridə qalan mövsümü 7-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right