Paşayevin komandası mövsümü üçüncü yerdə başa vurdu

Ukrayna Premyer Liqasında 32-ci turun oyunları davam edir.

 

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Qeyd edək ki, ilk 6-lıqda mübarizə aparan "Aleksandriya" 49 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right