AFFA-dan daha bir komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə İkinci Liqanın “Bibi-Heybət” – “Hövsan” matçında “Hövsan” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Gilan Constraction” – “Star Karqo” matçının 28-ci dəqiqəsində “Star Karqo”nun futzalçısı Nicat Səfərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Gənclik” İK matçının 9-cu dəqiqəsində “Borçalı”nın futzalçısı Orxan Qəhrəmanov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right