Rauf Əliyev ölkə xaricinə üz tutur: İki təklifi var

“Qəbələ”nin heyətində Azərbaycan kubokunun qalibi olan milli komandamızın üzvü Rauf Əliyev klubunu dəyişməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu “qırmızı-qaralar”ın sıralarını tərk edəcək. 

Büdcəsini azaldan və akademiyasının yetişdirdiyi futbolçularla yoluna davam etməyi qərara alan əyalət təmsilçisi təcrübəli futbolçuları ilə vidalaşmaq niyyətindədir. Rauf Əliyev də məhz bu səbəbdən komandasını dəyişəcək.

Əldə etdiyimiz məlumata görə, “Qəbələ”nin heyətinə parlaq oyun nümayiş etdirən futbolçu ölkə xaricinə üz tutmağı düşünür. Onun Türkiyədən və Makedoniyadan real təklifləri var. 30 yaşlı futbolçu gələcək karyerası ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək.

Qeyd edək ki, Rauf Əliyev karyerası ərzində "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "Neftçi", "İnter" (indiki "Keşlə") və "Kukesi" (Albaniya) kimi klublarda çıxış edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right