Dabo futbolumuza sataşdı

"Azərbaycanda futbol varmı? Bu, futbol kimi görünür (gülür). Həqiqətən də stadionların dolduğu bəzi oyunlar olur, digərlərinə isə bir az azarkeş gəlir. Bu, daha çox komandalardan asılı olur".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Baqali Dabo "France Football"a deyib.

O, Azərbaycan Premyer Liqası haqda da danışıb: "Çempionatın  səviyyəsi Fransada Liqa 1-dən Milli Liqayadək 3 çempionatın qarışığı olduğunu söyləyə bilərəm".

Dabo Azərbaycanda onun üçün hər şeyin yaxşı olduğunu bildirib: "Hər il Avropaya yollanmaq imkanım olur. Fransada komandaların çoxu Avropa kuboklarına vəsiqə qazanmaqda çətinlik çəkir. Bizdə problem budur ki, mübarizəyə I təsnifat mərhələsindən başlayırıq. Ölkə çempionatında isə hər mövsüm titul uğrunda mübarizə aparıram. Bu, yaxşıdır. Əmək haqqından isə şikayətlənə bilmərik. Bu Liqa-1  və Liqa-2 səviyyəsindədir. Bunlar əsasən klublardan asılıdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right