Anyelli Bakıda Sarri ilə görüşdü

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının final oyunundan sonra "Yuventus"un "sükanı arxası"na keçə bilər. Newsport.az xəbər verir ki, "qoca sinyora"nın prezidenti Andrea Anyelli Bakı restoranlarının birində italiyalı mütəxəssislə görüntülənib.

Səhər saatlarında baş tutan görüşdə "Çelsi"nin prezidenti Bryus Bak da iştirak edib. Tərəflərin Sarrinin "Yuventus"a keçidini müzakirə etdikləri bildirilir.

Qeyd edək ki, Britaniya KİV-i bu gün "Arsenal"la keçiriləcək final qarşılaşmasının nəticəsindən asılı olmayaraq, Sarrinin "Çelsi"dən qovulacağını yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right