"Qarabağ" çexiyalı qapıçını transfer edir

"Qarabağ" qapıçı transferi reallaşdıra bilər.

Newsport.az "The Scottish Sun"a istinadən xəbər verir ki, Ağdam klubu Şotlandiyanın "Sent Mirren" klubunun qapıçısı Vaçlasv Qladkini transfer etmək istəyir.

Xəbərdə "Qarabağ"ın böyük transfer məbləği ödəməyə hazır olduğu qeyd edilib. Çempionlar Liqasında çıxış edəcək "köhlən atlılar" çexiyalı qapıçını əsas heyət üzvü kimi düşünür. 

28 yaşlı qapıçı ilə Moskvanın "Spartak", Qazaxıstan və İngiltərə klublarının da maraqlandığı vurğulanıb.

Çexiyalı qapıçının "Sent Mirren"lə bir illik müqaviləsi qalıb. Futbolçu Şotlandiya qalmaq və karyerasını aparıcı futbol çempionatında davam etdirmək istəyir. Ancaq Azərbaycandan gələn sərfəli təklifin geri çevrilməsi qeyri-mümkün görünür. Çünki "Qarabağ" ona hazırki klubunda aldığı maaşın iki qatını təklif edib.

Qapıçıya yaxın mənbə transferlə bağlı bunu deyib:

"Qarabağ" Qladkini bir müddətdir ki, nəzarətində saxlayıb. Pul onlar üçün problem deyil. "Sent-Mirren"in təzminat tələb etdiyini bilirlər, ancaq Qladkinin istədikləri adam olduğuna qərar versələr, problem olmayacaq. Başqa seçimləri də var, ancaq təklif etdikləri məbləğ Qladkinin Şotlandiyada qazandığından çox yüksəkdir".

Vaçlav Qladki bu ilin yanvarında "Slovan"dan "Sent Mirren"ə keçib və 1,5 illik müqavilə imzalayıb. Çexiyalı qolkiper "Slovan"ın heyətində Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oyunlarda ehtiyatda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right