Azərbaycan millisi Sloveniyada 4 qolla qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, yerli “Olimpiya” klubunun əvəzediciləri ilə qarşılaşan Milan Obradoviçin çalışdırdığı komanda 4:2 hesablı qələbə qazanıb.

Komandanın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib.

Azərbaycan millisi daha öncə Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right