Rəşad Sadiqov karyerasını bərpa etdi

Ötən mövsüm Tərlan Əhmədovun "Keşlə"yə baş məşqçi postuna keçməsindən sonra Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadiqov onun köməkçilərindən biri oldu.

Newsport.az-ın məlumatına görə, Sadiqov növbəti mövsümdən yaşıl meydanlara qayıdacaq. 36 yaşlı yarımmüdafiəçi oynayan-məşqçi funksiyasını yerinə yetirəcək.

Baş məşqçi Tərlan Əhmədovun istəyindən sonra Rəşad Sadiqov belə qərar verib.

Sadiqov "Neftçi", "Qarabağ", "Qəbələ" kimi klublarda çıxış edib. O, son olaraq, 2017/18 mövsümündə "Neftçi"də Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right