“Birlikdə bu təzyiqdən çıxa bildik” Emil Balayev

"Bu oyuna ciddi hazırlaşmışdıq. Çünki "Taraz" yaxşı komandadır".

Newsport.az xəbər verir ki, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib. Qazaxıstan Premyer Liqasının 12-ci turunundan təxirə salınmış görüşdə səfərdə "Taraz"ı 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışan millimizin qolkiperi

"Oyun, gözlədiyimiz kimi, çox çətin alındı. Rəqib ilk dəqiqələrdən bizi təzyiq altda saxlamağa çalışdı. Amma birlikdə bu təzyiqdən çıxa bildik. Hər iki komandanın qol vurmaq üçün şansları oldu. Amma nəticədə bunu biz bacardıq".

Emil qələbəyə görə komanda yoldaşlarına təşəkkür edib: "Bütün çətinliklərə baxmayaraq, son saniyəyə qədər eyni hədəf üçün mübarizə aparan komandama təşəkkür etmək istəyirəm. Layiqli 3 xal münasibətilə hamını təbrik edirəm".

 

Qeyd edək ki 12 oyundan sonra aktivində 26 xal olan “Tobol” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right