“Neftçi” və “Səbail”in 34 potensial rəqibi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” və “Səbail”in potensial rəqiblərinin sayı artıb.

Newsport.az xəbər verir ki, bu, ötən həftə sonu baş tutan matçlardan sonra müəyyənləşib.

I təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan klublarının 34 mümkün rəqibi bəllidir. Səpələnmişlər səbətində yer alacaq təmsilçilərimiz səpələnməmişlərdən biri ilə üz-üzə gəlməli olacaq. Burda ümumilikdə 36 komandanın adı dəqiq olsa da, onlardan ikisi Ermənistan təmsilçisi olduğu və məlum səbəblərdən bu ölkənin komandaları ilə Azərbaycan klubları qarşılaşmadığı üçün potensial rəqib sayı da 34-dür.

“Neftçi” və “Səbail”in mümkün rəqibləri: “Universitatea Krayova” (Rumıniya), “Dunayska Ştreda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torshavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Mura” (Sloveniya), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, “Speranta” (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira Yunayted”, “Baltsan”, “Hibernians” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnaxs Kuey” (Uels), “Banants”, “Şkupi”, “Akademiya Pandev”, “Makedoniya Qörçe Petrov” (Makedoniya), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), “Zeta” (Çernoqoriya).

Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right