Şeydayevin taleyi iki oyundan asılıdı

Milli komandamızın futbolçusu Ramil Şeydayev çıxış etdiyi "Krılya Sovetov"la pley-offa matçlarının iştirakçısı olacaq. Çempionatı 28 xalla 13-cü yerdə bitirən Samara təmsilçisi Premyer Liqada qalmaq uğrunda qarşılaşmalara qatılmağa məcburdu.
 
Burda rəqib I liqada mövsümü 4-cü yerdə bitirən "Nijni-Novqorod"du. Qalib 2 matçla müəyyənləşəcək. Şeydayevin komandası ilk görüşünü mayın 30-da səfərdə keçirəcək. Evdəki cavab matçı iyunun 2-də olacaq. Hər iki qarşılaşma Bakı vaxtilə saat 20:00-da başlayacaq. Bu duelin məğlubu növbəti mövsümdə I liqada çıxış edəcək.
 
Xatırladaq ki, Ramil millimizin AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarstanla, 11-də Slovakiya ilə ev matçlarına dəvət olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right