Mirabdulla Abbasov Polşa klubunun transfer hədəfində

 

 

"Neftçi"nin və Azərbaycan millisinin üzvü Mirabdulla Abbasov karyerasını Polşada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Ekstraklasada mübarizə aparan "Lex"in radarına düşüb. Poznan təmsilçisi Abbasovun transferi üçün "Neftçi"yə təklif göndərəcək.

Mirabdullanın xidmətində "Səbail" klubu da maraqlıdır. Komandanın baş məşqçisi Aftandil Hacıyev bu keçid üçün təklif göndərəcəklərini açıqlamışdı.

Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 4 assist edib.

"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.








Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right