"Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar" Kepa

“Finala vəsiqə qazandığımız üçün şadıq. Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz çətin oldu. İndi son maneəni dəf etməliyik”.

Newsport.az xəbər verir ki, bu sözləri “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa Avropa Liqasının finalında  "Arsenal"la keçiriləcək oyun haqda danışarkən deyib.

İspaniyalı qolkiper klubun rəsmi saytına açıqlamasında Bakıda keçiriləcək finalın maraqlı olacağını bildirib: "Düşünürəm ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar. Derbi və finalda hər şey baş verə bilər. Qalib olmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.

Xatırladaq ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda  “Arsenal”la qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right