"Azarkeşlər Bakıda Premyer Liqa matçı izləyəcək" Eden Azar

"Çelsi"də son oyunumdu? Mən bu barədə düşünmürəm". Newsport.az saytının məlumatına görə, bunu "Çelsi"nin lideri Eden Azar deyib.

"RMC Sport"a açıqlama verən ulduz futbolçu "Real"a transferi ilə bağlı sualı konkret cavablandırmayıb. O, bütün diqqətini Avropa Liqasının finalında "Arsenal"la keçiriləcək oyuna yönəltdiyini söyləyib: "İndi yalnız Bakıdakı finalda kuboku qazanmağı düşünürəm. Önümüzdə finala hazırlaşmaq baxımından əhəmiyyətli həftə var. Oyundan sonra gələcəyim barədə düşünəcəm".

Belçika millisinin üzvü uzaq məsafə qət etmələrindən və Azərbaycanda final oynamalarından narahat deyil: "Düzdü, yol bir az uzaqdı. Amma görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq. Hər iki klub üçün final böyük andı. "Çelsi"də bu kuboku bir dəfə başım üzərinə qaldırmışam. Amma ikinci dəfə də qazanmaq istəyirəm. Oyuna heç vaxt olmadığı qədər köklənəcəyik və qalib gələcəyik. Azarkeşlər sanki Premyer Liqa matçı izləyəcəklər".

28 yaşlı vinger komandaların şanslarını da dəyərləndirib: "Bir-birinə hörmət edən, əla futbolçulara malik iki komanda üz-üzə gələcək. "Arsenal"ın baş məşqçisinin Avropa Liqasını qazanmağa öyrəşdiyini bilirik. Ancaq finalda şanslar yarı-yarıya olacaq".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right