"Azərbaycanda fərqli olmayacaq" Arsen Venger

"Nə "Çelsi", nə də "Arsenal"ın uzaq yol və çox xərclə bağlı problemi var. İdeal şəraitdə yaşayırlar, xüsusi təyyarələri və rahat oturacaqları var. Bilet məsələsi azarkeşlərin problemidi". Newsport.az saytı xəbər verir ki, bunu "Arsenal"ın əfsanəvi baş məşqçisi Arsen Venger deyib.

22 il London klubuna rəhbərlik etmiş fransalı mütəxəssis Avropa Liqasının finalı barədə fikirlərini bölüşüb. O, Bakıdakı qarşılaşmada sevimli komandasını dəstəkləyəcəyini söyləyib: "Arsenal"a azarkeşlik edirəm və bu, ömrümün sonuna qədər belə olacaq. Həyatımı bu kluba həsr etdim, artıq başqa bir işə köklənməyi bacardım. "Arsenal"ı bir fanat kimi izləyirəm. Azərbaycandakı matçda da fərqli olmayacaq. Qələbə qazandıqları zaman xoşbəxt, əks təqdirdə məyus oluram".

Qeyd edək ki, "Arsenal"la "Çelsi" arasında mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right