Meneceri "Neftçi"ni Petrova layiq görmür

"Neftçi"nin müdafiəçisi Kirill Petrovun meneceri Aleksandr Panyukov maraqlı fikirlərlə diqqət çəkib. Newsport.az saytının məlumatına görə, agent Ukrayna mətbuatına açıqlamasında müştərisini tərifləyib.

O, Ukraynanın gənclər yığmasının sabiq üzvünü daha güclü komandalara layiq bilir. Panyukov 29 yaşlı mərkəz müdafiəçisinin Qazaxıstan və Azərbaycanda oynamasının səbəbləri olduğunu da gizlətməyib.

Menecer müştərisini Kiyev "Dinamo"su səviyyəsində görür: "Mən hesab edirəm ki, Kirill... Demirəm ki, o, itirilmiş istedaddı. Ancaq Petrov Kiyev "Dinamo"su kimi yüksək səviyyəli bir komandada oynamalı idi. O, çox təcrübəlidi. Kirillin ölkədən getməsinin və bu pulu qazanmasının səbəbi var. Fikrimcə, futbol dünyası nədən danışdığımı yaxşı bilir. Bunu kamera qarşısında söyləməyəcəm. Ancaq o, getdi və bunu bacardı. Bu gün də "Neftçi"nin kapitanıdı. Kirill oynayır, hamı onu sevir və çıxışından zövq alır".

Qeyd edək ki, Kirill Petrov "Neftçi"yə 2017-ci ilin yanvarında Donetsk "Olimpik"indən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right