Emrah Çelikel - 43!

Bu gün “Qarabağ”ın direktoru Əmrah Çəlikəl üçün əlamətdar gündü.

Newsport.az-ın məlumatına görə, klub rəsmisinin 43 yaşı tamam olur.

Çəlikəl Azərbaycan futbolunda ən titullu klub rəsmilərindəndi. Artıq 15 ildir futbol təsərrüfatımızda olaraq Ağdam təmsilçisinin əsas rəhbər şəxslərindəndi. Əmrah bəy 2004-cü ildə kluba gələndə “Qarabağ-Azərsun” yenidən “Qarabağ” adlanmağa başladı. Komanda 7 çempionluğundan 6-nı (2014, 2015, 2016, 2017, 2018, 2019) və 6 kubokda 5-ni (2006, 2009, 2015, 2016, 2017) məhz bu müddətdə qazanıb. Ancaq bu 11 tutuldan başqa 1 gümüş (2013), 3 bürünc medal (2004, 2010, 2011) da olub. “Qarabağ”ın Avropa Liqasında uğurları, 4 mövsüm (2014, 2015, 2016, 2018) bu turnirdə, 2017-ci ildə isə Çempionlar Liqasında (ÇL) qrupa düşərək Azərbaycan futbolunda tarixi uğura imza atması titula bərabər nailiyyətdi.

Newsport.az kollektivi Əmrah bəyin ad gününü təbrik edir, can sağlığı, işlərinizdə uğurlar arzulayır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right