Ayxan Abbasov: "Sponsorlarla görüşdən sonra planlar bəlli olacaq"

Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandadan ayrılacağını söyləyən Ayxan Abbaov Sportal.az-a açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis klub rəhbərliyinin sponsorlarla danışıqlarından sonra məsələyə aydınlıq gələcəyini deyib:

"Görüşümüz növbəti günlərə qalıb. Rəhbərlik sponsorla danışıqlar aparır. Buna görə də söhbət uzanır. Gələn həftə bəlli olacaq".

"Sumqayıt"da qalmaq ehtimalınız varmı" sualına gənc mütəxəssis belə cavab verib:

"Danışıqlar və geniş söhbətdən sonra bilinəcək. Sponsorlarla görüşdən sonra planlar bəlli olacaq. Bundan sonra hər şey bilinəcək".

Qeyd edək ki, Ayxan Abbasov "Sumqayıt"ı tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəltmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right