Pedro Bakı finalı haqda: Bu, UEFA-nın problemidi

"İngiltərə kubokunun finalından sonra indi növbəti final matçına çıxacağıq. Kuboku qazansaq, o zaman əminliklə deyə bilərik ki, bizim üçün əla mövsüm oldu". Newsport.az saytının məlumatına görə, bunu "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges deyib.

İspaniya millisinin üzvü Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının finalında "Arsenal"la keçirəcəkləri oyunu dəyərləndirib. Ulduz futbolçu azarkeşlərinə ayrılan bilet sayının azlığından da şikayətlənib: "Bakıda az azarkeşimizin olması bizim üçün məyusedicidi. Çünki belədə azarkeş dəstəyini hiss etmirsən. Məncə, final iştirakçılarına daha çox bilet ayrılmalı idi. Bu, UEFA-nın problemidi. Meydanda isə əla final oyunu olacağını düşünürəm. Açıq futbol gedə bilər. Çünki "Arsenal" da bizim kimi sürətli oyuna üstünlük verir. Onlar Çempionlar Liqasına yollanmaq üçün bu titulu qazanmağa məcburdular. Amma biz də mövsümü kubokla tamamlamaq istəyirik".

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right