"Mxitaryanı buna məcbur edənlər Azərbaycan millətinin qonaqpərvərliyini dərk etməyiblər"

"Arsenal"ın Avropa Liqasının final oyunu üçün erməni futbolçusu Henrik Mxitaryanı Bakıya gətirməməsi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Newsport.az saytının məlumatına görə, vaxtilə ölkəmizdə "Turan"ı çalışdırmış Naci Şensoy da bununla bağlı düşüncələrini bölüşüb.

Türkiyəli mütəxəssis mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" ilə keçiriləcək final qarşılaşması öncəsi "Arsenal" cəbhəsində yaşananları qınayıb. Şensoy eyni zamanda Mxitaryanı da tənqid edib.

61 yaşlı məşqçi sosial şəbəkə vasitəsilə etdiyi paylaşımda erməni oyunçunun peşəkar idmançıya yaraşmayan addım atdığını söyləyib: "Avropa Liqasının final oyunu mayın 29-da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və "Arsenal" erməni futbolçusu Henrik Mxitaryanı səfərə aparmamaq qərarına gəlib. Deməli, Mxitaryan yalnız tanınmış futbolçu olmağı bacarıb, amma təəssüf ki, İDMANÇI ola bilməyib. Ya da Mxitaryanı belə bir qərara məcbur edənlər və bunu düzgün hesab edənlər Azərbaycan millətinin şairanə ruhunu və türk qonaqpərvərliyini hələ dərk edə bilməyibər. Üzülməkdən başqa nə edə bilərik?

Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 və 2012-ci ildə "Turan"a rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right