"Bakıda bunu əldən vermək fikrim yoxdu" Olivye Jiru

"Bu mövsüm Avropa Liqasında 10 qola imza atmışam. Ümid edirəm ki, Bakıdakı final görüşündə də start heyətində meydana çıxaram". Newsport.az saytının məlumatına görə, bunu "Çelsi"nin hücumçusu Olivye Jiru deyib.

London klubunun forvardı Avropa Liqasının "Arsenal"la final qarşılaşmasında da komandasına qolla kömək etmək niyyətindədi. Fransalı futbolçu turnirin qalibi olmağı bombardirlikdən üstün tutur: "Bombardir olmaq barədə düşünmürəm. Əlbəttə, bu da yaxşı olardı. Ancaq mən bütün turnirlərdə yalnız komandamın qələbəsi üçün mübarizə aparıram. Yarımfinalı yaxşı keçirmədim. Buna baxmayaraq, final matçında iştirak etmək üçün məşqlərdə bütün gücümlə çalışıram".

Ulduz futbolçu mayın 29-dakı Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdən titulla ayrılmaq istədiyini deyib: "33 yaşımın tamam olmasına az vaxt qalıb. Amma hələ də kuboka acam. "Çelsi" ilə ikinci kubokuma yaxınam və bunu əldən vermək fikrim yoxdu. Fikrimcə, titul qazanmağa layiq komandamız var. Biz "Çelsi"yik, kubok qazanmağa öyəşmişik. Bu mövsümü də heç olmasa bir kubokla tamamlamalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right