Millinin rəqibində üç dəyişiklik

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasının heyətində dəyişiklik edilib.

Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Marko Rossi 32 futbolçunun 3-dən imtina edib. Adam Bodi ("Debretsen"), Daniel Qazdaq ("Honved") və  Marton Eppeldi ("Kayrat", Qazaxıstan) yığmanın düşərgəsini tərk edib.

Peter Qulaşi, Villi Orban (hər ikisi "Leyptsiq"), Barat Botond və Kristian Nemet ("Sportinq Kansas") isə millinin düşərgəsinə iyunun 2-də qoşulacaq.

Zədəli olan Tamaş Kadar isə ("Dinamo" Kiyev) fizioterapevt nəzarəti altında bərpa prosesi keçir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right