“Arsenal”da Bakı finalı öncəsi daha bir itki

“Arsenal” Bakıda keçiriləcək “Çelsi” ilə Avropa Liqasının final matçına ciddi itki ilə çıxa bilər.

Newsport.az xəbər verir ki, London klubunun müdafiəçisi Sead Kolaşinaç zədələnib.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, bosniyalı futbolçu məşqlərdə iştirak etsə də, yüngül zədəsi var. Bu üzdən də 25 yaşlı futbolçunun Bakıdakı həlledici görüşdə meydana çıxıb-çıxmayacağı bilinmir.

Kolaşinaç cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right