"Arsenal" Bakıda qələbə qazana bilsə...

"Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının final görüşündə qələbə qazana bilsə, futbolçulara yüksək məbləğdə mükafat ödəniləcək. Newsport.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular"ın rəhbərliyi astronomik məbləğ boyun olub.

Belə ki, komanda həlledici qarşılaşmada "Çelsi" üzərində qələbə qazansa, oyunçulara ümumilikdə 10 milyon funt-sterlinq mükafat veriləcək. Həmçinin Unay Emerinin başçılıq etdiyi məşqçilər korpusu da müqavilədəki bəndə əsasən mükafatlandırılacaq.

Rəhbərliyin bu qədər məvacib ayırmasında səbəb "Arsenal"ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasının bu qarşılaşmadan asılı olmasıdı. Belə ki, komanda mayın 29-da Bakı Olimpiya Stadionundakı görüşdə məğlub olarsa, növbəti mövsüm Çempionlar Liqasından kənarda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right