"Neftçi" Monroz transferini təsdiqlədi

"Neftçi" ilk yay transferini açıqlamağa hazırlaşır.

 

Newsport.az xəbər verir ki, paytaxt klubu "Qəbələ"dən ayrılan Stiven-Jozef Monrozla müqavilə bağlayacaq. "Ağ-qaralar" bu transferi rəsmi açıqlamayıb.

 

Komandanın azarkeşləri klubun "facebook" səhifəsində fransalı hücumçunun transferinin dəqiqləşib-dəqiqləşmədiyini və bu keçidin nə vaxt rəsmiləşəcəyini soruşublar. Klub isə "yaxın günlərdə" cavabını verməklə transferin həll olduğuna işarə vurub.

 

"Qəbələ" Monrozu 2017-ci ildə transfer etmişdi. 28 yaşlı futbolçu başa çatan mövsüm 31 oyuna 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right