Nikola Yurçeviçdən Renat Dadaşov açıqlaması: "Onunla uzun söhbət edəcəm"

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç "CBC Sport"da "Bizim futbol" verilişinin qonağı olub.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunlar üçün yığmaya dəvət alan bəzi oyunçularla bağlı danışıb. Yurçeviç millidə əsas məqsədinin heyəti gəncləşdirmək olduğunu deyib: 

 

"Çempionatda əksər oyunları izləmişəm. Digər çempionatlarda oynayan futbolçulara da baxmışam. Baxmadığım oyunlara inandığım adamlardan mütəmadi olaraq, məlumat almışam. Bura gələndə bir sıra amillərə fikir verməli idim. Öncə komandanı gəncləşdirmək məsələsi idi. Bundan əlavə, uzun müddət kənarda qalanlara şans vermək idi. Təcrübəli və gənc futbolçuların birliyindən ibarət komanda yaratmaq istədik. Hazırda heyətdə 6-7 futbolçu var ki, onları gənc adlandırmaq olar. Onlardan biri də Ramil Şeydayevdir. Sevindirici haldır ki, Ramil son zamanlar özünü yaxşı göstərir. Xorvatiya ilə oyunda da ən yaxşılarda biri idi. Təkcə vurduğu qola görə deyil, ümumi oyununa görə deyirəm. Eddi İsrafilov da xorvatlara qarşı ən yaxşılardan biri oldu. Ümid edirəm ki, futbolçular Xorvatiyaya qarşı nümayiş etdirdiyi oyunu qarşıdakı matçlarda da təkrarlayacaq və ya daha yaxşısına nail olacaq".

 

52 yaşlı mütəxəssis U-21-dən imtina edib, əsas millidə oynamaq istədiyini bildirən Renat Dadaşova dəvət göndərməsi barədə də danışıb. Yurçeviç Renatla fərdi söhbət edəcəyini bildirib:

 

"Bizdə yığmaya çağırılacaq çox futbolçu yoxdur. Çağırış siyahımız və oyunçu sayı məhduddur. Yerli və xarici çempionatlardakı futbolçuları götürsək, yenə də siyahı azdır. Öncə dedim ki, məqsədimiz odur ki, komandanı gəncləşdirək, yeni qan gəlsin. Renat barədə eşitdiyim odur ki, istedadlı futbolçudur və Almaniyanın aşağı yaş qruplarından ibarət millisində çıxış edib. Ora qədər gedib çıxıbsa, deməli, bacarıqlı oyunçudur. Ən azından perspektivi var. Bunlar eşitdiyim informasiyalardır. İstədim ki, onun nəyə qadir olduğunu canlı görüm. Əvvəl vaxtımız çox deyildi ki, ona dəvət yollayıb, baxaq. İndi iki həftədən çox zamanımız var. Mən onu canlı görəcəm və qənaətə gələcəm ki, Renat bizə kömək edə biləcək? Əsl şərait yetişib ki, Renatın bizim üçün nə qədər önəmli olduğunu görüm. Onunla üz-üzə oturub uzun söhbət edəcəm. Renatın U-21-ə və ya əsas yığmaya uyğun olduğu barədə geniş fikir mübadiləsi aparacam. Özünü yaxşı tərəfdən göstərsə, bizi inandırsa, niyə də əsas millidə oynamasın? Ancaq performansı əsas yığmaya kifayət etməsə, yəqin ki, U-21-də çıxış edəcək. Məşqlərdə gördükdən sonra hər şeyə aydınlıq gələcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right