"Məqsəd siyasi oyun oynamaqdısa..." - səfirin Mxitaryana mesajı

"Mxitaryan Bakıda təhlükəsizliyinə təmanat almaq üçün mənimlə əlaqə saxlaya bilər. Mənimlə danışsa, buna şad olaram". Newsport.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.

“Sky Sports”a müsahibə verən səfir "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanla bağlı narahatlığının əsassız olduğunu söyləyib. O, Avropa Liqasının final qarşılaşmasında Mxitaryanın Bakıda təhlükəsizliyinin təmin ediləcəyini vurğulayıb: “Avropa Liqasının finalı A səviyyəli tədbirdi. Əgər məqsəd bu matç ətrafında siyasi oyun oynamaqdısa, bu, başqa məsələ. Onlara pulu siyasətçi yox, futbolçu olduqları üçün ödəyirlər. Bu səbəbdən gəlin, digər məsələləri kənara qoyaq".

Səfir Ermənistan yığmasının kapitanına mesaj da göndərib: "Mxitaryanın problemi ondadı ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib. Buna görə də onun adı hökumətin qara siyahısına düşüb. Buna baxmayaraq, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilib. Mxitaryana mesajım bu olacaq: sən futbolçusan, futbol oynamaq istəyirsənmi? O zaman Bakıya gəl, təhlükəsizlikdə olacaqsan. Yox, əgər bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu ayrı mövzudu. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və futbolçuların təhlükəsizliyi üçün hər şeyi edəcək”.

Qeyd edək ki, "Arsenal"la "Çelsi" arasında Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right