"Qəbələ" 3 legionerlə yollarını ayırdı - RƏSMİ

"Qəbələ" 3 legionerlə yollarını ayırıb. Newsort.az xəbər verir ki, bu haqda klubun meneceri Səbuhi Səfiyarlı "Xəzər TV"də "Futbol saatı" verilişində açıqlama verib: "Klub mövsüm bitəndən sonra indiki anda 3 futbolçuyla rəsmən yollarını ayırıb. Fransalı Stiven Monroz, tooqlu Lalavole Atakora və albaniyalı Sabien Lilayla başa çatan müqavilələri uzatmayacağıq.

Klub bu 3 legionerlə həm oyun səviyyələrinə, həm də bəzi şərtlərə görə yeni imzalamamağı qərara alıb. Ancaq qalan futbolçularımızın heç birinə deməmişik ki, onunla vidalaşmışıq.Heç bir futbolçu da gəlib bizə deməyib ki, müqaviləm bitib, başqa təklifim var, gedirəm. Hamısı gözləyir. Hər bir futbolçunun müqaviləsinin bitməsinə 6 aylıq qalmış başqa klubla danışıq aparmağa, hətta ilkin müqavilə imzalıamağa hüququ var. Bu baxımdan Monrozun da "Neftçi"ylə anlaşmasında qeyri-adi heç nə yoxdu".

Səfiyarlı "Qəbələ"nin gələcək taleyinin hələ tam müəyyənləşmədiyini söyləyib: "İndidən dəqiq bir söz desəm, yalançı olaram. Gəlin, 2-3 gün, ən azı bu həftəni gözləyək. Mövsüm yeni bitib. Görək, sponsorlarımız kluba hansı büdcəni təqdim edəcək ki, buna əsasən hansı işlər görüləcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right