Sabiq "Qarabağ"lı klubsuz qaldı

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubundan ayrılıb.

 

Newsport.az xəbər verir ki, Surinam əsilli hollandiyalı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. 32 yaşlı vinger azad agent statusuna yiyələnib.

 

Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.

 

Leroy "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Göztəpə", "Adana Dəmirspor", Avstraliyanın "Melburn" klublarında çıxış edib. O, "Baniyas"a ötən yay keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right