Qurbanov irəlilədi

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Newsport.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi kimi Qurban Qurbanov yer alır.

“Qarabağ”ın baş məşqçisinin mövqeyində dəyişiklik olub. Doğrudu, 47 yaşlı mütəxəssisin aktivindəki 1073 xal dəyişməz olaraq qalıb. Lakin bu, Qurbanovun irəliləməsinə mane olmayıb. O, ötən həftə ilə müqayisədə 541-ci yerdən 538-ci pilləyə yüksəlib.

İlk "üçlük"də də dəyişiklik olub. Düzdü, "Barselona"nın baş məşqçisi Ernesto Valverde əlavə 99 xal xal toplayaraq, liderliyini davam etdirib. Onun aktivində 15982 xal var. "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola xal ehtiyatını artıraraq, ikinci pilləyə yüksəlib (12356). İspaniyalı mütəxəssis "River Pleyt"in baş məşqçisi Marselo Qalyardonu bir pillə aşağı göndərib. Argentinalı (11950) bir həftə ərzində 374 xal itirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right