Essyenin paylaşımı söz-söhbətə səbəb oldu

"Səbail"in ulduz futbolçusu Maykl Essyenin sosial şəbəkədə paylaşımı növbəti dəfə müzakirə mövzusu olub. Newsport.az saytının İndoneziya mətbuatına istinadən məlumatına görə, veteran yarımmüdafiəçinin yenidən bu ölkəyə qayıdacağı ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.

Buna səbəb Essyenin sabiq komandası "Persib"lə bağlı paylaşımı olub. Məsələ burasındadı ki, İndoneziya Liqa1-də 2019 mövsümünə start verilib və "Persib" ilk oyununda qələbə qazanıb. Essyen isə instaqram hesabı vasitəsilə sabiq komandasına uğurlar arzulayıb: "Uğurlar, mənim köhnə dostlarım. Mövsümün ən yaxşısı "Persib".

"Persib"in heyətində olarkən çəkdirdiyi şəkli də paylaşması indoneziyalıları həyəcanlandırıb. Onlar qanalı oyunçunun Banqunq klubunu unutmadığını və yenidən ora qayıtmağa işarə vurduğunu iddia ediblər.

Qeyd edək ki, Maykl Essyenin "Səbail"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah