"Honved", "Torpedo" və başqaları

2019-20 mövsümündə Azərbaycanı Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək “Neftçi” və “Səbail”in daha 6 potensial rəqibi müəyyənləşib. Newsport.az xəbər verir ki, 3,800 reytinqə malik olan təmsilçilərimiz püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşacaq. Bakılıların mümkün rəqibləri sırasına son olaraq "Rujomberok", "Debretsen", "Honved", "Torpedo", "Baltzan" və "Akademiya Pandev" də qoşulub.
 
Ümumiyyətlə, I təsnifat mərhələsində mübarizə aparacaq 94 komandadan artıq 65-nin iştirakı dəqiqdi. Onlardan 34-ü səpələnmiş, 27-si səpələnməmişlərdə olacaqsa, 4 klubun durumu qeyri-müəyyəndi.
 
Səpələnmişlər: "Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", "Vitorul" (hər ikisi Rumıniya), “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Molde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “MOL-Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), "Apollon" (Kipr), “Jalgiris” (Litva), “Reyncers”, "Kilmarnok" (hər ikisi Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), “Kayrat”, "Tobol", "Ordabasi" (hamısı Qazaxıstan), “Vardar” (Makedoniya), "Çukariçki" (Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), “Kruzaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya).
 
Səpələnməmişlər: “Dunayska Ştreda”, "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira”, "Baltzan", “Hibernian” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), "Akademiya Pandev" (Makedoniya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva).
 
Qeyri-müəyyənlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Trakai” (Litva), “Levadiya” (Estoniya), "Buduçnost" (Monteneqro).
 
Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah