Paşayev yenə 90 dəqiqə oynadı

Futbol üzrə Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lvov”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 48 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right