Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

Futbol üzrə Latviya çempionatında 13-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Riqa” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Azərbaycanlı futbolçulardan yalnız Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq forvardı 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Turalla Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Dauqavpils” hazırda 16 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right