Milli üzvü "Qarabağ"da qaldı

"Qarabağ"da yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu qapıçısı Şahrudin Məhəmmədəliyevlə başa çatan müqaviləni uzadıb. 24 yaşlı əlcək sahibi "köhlən atlar"la 2022-ci ilin yayına qədər müqavilə bağlayıb.

Şahrudin 2016-cı ilin yanvarında "Sumqayıt"dan "Qarabağ"a keçib. Azərbaycan millisinin üzvü cari mövsüm 12 oyunda ağdamlıların çərçivəsini qoruyub.

"Qarabağ" daha öncə kapitan Rəşad Sadıqovla müqaviləni 1 il uzatmışdı. Con Delarj, Reynaldo, Yakub Jezniçak və İnnosent Emeqara ilə yollar ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right