"Qarabağ"da ayrılıq: daha bir legioner göndərildi

"Qarabağ"da daha bir ayrılıq reallaşıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu hücumçusu Con Delarjla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Konqo millisinin üzvü azad agent statusuna yiyələnib.

"Qarabağ" 28 yaşlı futbolçunu ötən yay Türkiyənin "Bursaspor" klubundan 170 min avroya transfer etmişdi.

Delarj "Qarabağ"da keçirdiyi 13 oyunda 3 qol vurub, 2 assist edib.

Daha öncə "Qarabağ" Reynaldo, Yakub Jezniçak və İnnosent Emeqara ilə yolları ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right